Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:00

Kosovoda seçki məntəqələrinə hücum edilib


Kosovo
Kosovo
Kosovoda keçirilən bələdiyyə seçkilıri zamanı Kosovo-Mitrovitsa şəhərinin şimalında toqquşma baş verib.Seçkini baykota çağıran bir qrup yerli serb bir neçə seçki məntəqəsini dağıdıblar.Maskalı gənclər 16 məntəqənin yerləşdiyi məktəb binasına soxularaq seçki qutularını dağıdıb, seçkiyə gələnlərə hücum ediblər.Polis gözyaşardıcı qaz tətbiq etməli olub.ATƏT-in müşahidəçiləri şəhərdən evakuasiya edilib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun nümayəndəsi Maja Koçiyançiç bu zorakılığı pisləyib.

Kosovo prezidenti Atifete Jahjaga yerli serbləri Kosovo hökumətinin işini pozmamağa çağırıb və bu cür cəhdlərin qarşısının dərhal alınacağını xəbərdarlıq edib.

Məlumatlara görə serblər istisana olmaqla seçkilərdə 46 faiz seçici iştirak edib.

Kosovonun müstəqilliyini tanımayan Serbiya hökuməti Avropa Birliyinin vasitəçilik missiyası çərçivəsində yerli sebləri seçkilərdə iştiraka çağırıb.
XS
SM
MD
LG