Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:13

«Hakimiyyət seçkidən sonra ənənəvi ssenarisinə başlayıb» [Video]


-


Bu həftə bir sıra siyasi məhkəmələr başlayıb. Bir sıra təşkilatlarda da yoxlamalar aparılır.

«Hakimiyyət seçkidən sonra ənənəvi ssenarisinə başlayıb. Məqsəd cəmiyyəti, medianı, vətəndaş sektorunu seçkinin yekunlarının müzakirəsindən çəkindirməkdir. Eyni zamanda, hökumət sanki Qərbə mesaj vermək istəyir ki, bundan sonra daha çox təcrid olunacaq, qapanacaq» - «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev baş verənləri bu cür şərh edir.

Mehman Əliyev vəziyyətin dəyişəcəyinə ümid edir:

«Hakimiyyət seçkidə böyük səhvə yol verdi. Bu dəfə saxtalaşdırmaya böyük bir təbəqə cəlb edildi. Seçkilərin qeyri-legitimliyinin daha çox insan şahidi oldu. Ancaq Avropa Birliyinin Vilnüs sammitindən sonra hakimiyyətdən müəyyən yumşalma, dialoqlar gözləmək olar».

Şahbaz Xuduoğlu «Qanun» nəşriyyatında aparılan budəfəki yoxlamaların əvvəlkindən fərqləndiyini deyir:

«Nəşriyyatın fəaliyyəti davam edir. Ancaq sənədləri, əlyazmaları və kompüterləri götürüb getdilər. Əvvəllər də yoxlamalar olurdu. Lakin bu dəfə bina nəzarətə alınıb, adamlarla kobud rəftar ediblər. Bu, yoxlama deyil, hücuma bənzəyir».

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ölkədəki son prosesləri gözlənilən sayır.

«Ölkədə baş verən son proseslər seçkinin nəticələrinə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa xidmət edir. Biz əvvəlcədən də təxmin etmişdik ki, seçkidən sonra QHT-lərə təzyiqlər olacaq… «Qanun» nəşriyyatı ilə bağlı yoxlamalar, əlbəttə ki, təzyiqdir. Şahbaz Xuduoğlunun qardaşı Sabir Rüstəmxanlının Milli Şurayla bağlı mövqeyinə görə ona da təzyiqlər başlayıb. Ailəyə təzyiq göstərilir» - Mirvari Qəhrəmanlı deyir.
XS
SM
MD
LG