Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:07

H. Əliyev Mərkəzində «Əbədi sevgi», 85 faizlik məğlubiyyət planı- [Fotolar]


.
3 noyabr media icmalı
HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ «ƏBƏDİ SEVGİ»
​Noyabrın 2-də Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Dmitri Bertmanın quruluşunda «Əbədi sevgi» qala-konserti keçirib. «Azərtac» xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları konsertdə olub.
Heydər Əliyev Mərkəzində «Queen» qrupunun «I was born to love you», Andy Williams-ın «Moon river», Celine Dionun «My heart will go on», Elvis Presleyin «Love me tender», Whitney Houstonun «I will always love you», Demis Russosun «Souveniers», Marilyn Monroenun «I Wanna Be Loved By You», Elton Johnun «I Believe In Love», «Beatles» qrupunun «All you need is love» kimi ürəkləri fəth etmiş mahnılar rusiyalı artistlərin ifasında təqdim olunub.
Rusiya Federasiyasının xalq artisti Dmitri Bertman bildirib ki, hər dəfə bu ölkəyə gələndə gördükləri dəyişikliklərdən heyran qalır. Nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, dənizin sahili, şəhərdə baş verən yeniliklər insanı məftun edir. Azərbaycanda mədəniyyətə, gözəlliyə, estetikaya böyük diqqət yetirilir ki, bütün bunlar dünyanı xilas edəcək».
85 FAİZLİK MƏĞLUBİYYƏT PLANI
«Yeni Müsavat» qəzetində dərc olunmuş yazıda, rəsmi Bakının dünya güclərinin təzyiqinə davam gətirə bilməsi məsələsi təhlil olunur:
«Bu gün ölkənin şimal bölgəsinin bəzi ərazilərində Azərbaycan qanunlarına boyun əyməkdən yayınmaq halları, rəsmi Bakıya meydan oxumaq cəhdləri və dövlət dilinə sayğısız münasibət müşahidə edilməkdədir. Bu ərazilərdə yaşayan əhalinin əhəmiyyətli bir kəsiminin çörək pulu dalınca Rusiyaya yollanması, qonşu ölkəni daha da cəlbedici göstərir. Azərbaycanda Rusiya ilə müqayisədə problemlərin daha çox olması separatçı kəsimə «Rusiya tərkibində, qardaş Dağıstanla birləşərək, daha yaxşı yaşayar bilərdik» fikrini aşılamağa rəvac vermiş olur. Bir sözlə, şimal bölgələrində müəyyən qüvvələr Moskvaya Bakıdan daha çox arxalanırlar. Bununla paralel, müəyyən təxribatçı qüvvələrin «Müstəqil Ləzgistan» yaratmaq cəhdləri vəziyyəti daha da qəlizləşdirir. Şimal bölgəsində sələfi əqidəli insanların gün-gündən güclənməsi isə gələcəkdə Azərbaycanda etnik münaqişənin dini müstəviyə transfer edə biləcəyini ehtimal etməyə əsas verir. Belə ki, ölkənin cənub bölgəsində də iki ölkənin təsiri aydın hiss olunur - İran və əlbəttə ki, əsas dolanışıq mənbəyi olan Rusiya. Bu bölgədə şiəliliyin əsas amil olması isə gələcəkdə şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisidir... Azərbaycanın parçalanması və zəiflədilməsi üçün bundan «gözəl» fürsət ola bilməz. Bir sözlə, «85 faizlik qələbə» uzağa gedən bir ssenariyə bənzəyir və filmin sonunda Azərbaycanın parçalanması da oynanıla bilər...
«AZƏRBAYCAN GÖMRÜK ŞURASINA VƏ KOLLEKTİV TƏHLÜKƏSİZLİK MÜQAVİLƏSİNƏ DAXİL OLA BİLƏR»
Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə sabiq namizəd, millət vəkili Qüdrət Həsənquliyevin Publika.Az-a müsahibəsində deyir ki, Azərbaycan çalışmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə dil tapsın: «Çünki biz bilirik ki, torpaqlarımızı da Rusiya Ermənistan ilə birgə işğal edib və indi də işğal altında qalmasının əsas səbəbkarı da Rusiyadır. Buna görə də əgər Rusiya bu məsələdə ədalətli mövqe tutarsa və torpaqlarım işğaldan azad olunarsa, o zaman Azərbaycan Rusiyanın dominantlığı ilə yaradılmış Gömrük Şurasına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil ola və neft-qaz siyasətini Rusiya ilə razılaşdırılmış formada həyata keçirə bilər. Azərbaycan tərəfi çalışmalıdır ki, Rusiyanın bu məsələdə tam inamını qazansın».
AZƏRBAYCANDA KEYFİYYƏTSİZ MƏHSULLARA GÖRƏ XƏSTƏLİKLƏR ARTIB
İqtisadçı-ekspert Məhəmməd Talıblı «Azadlıq» qəzetinə deyib ki, aqrar sahə üzrə ixtisaslaşmış sahədə indi genetik modifikasiya olunmuş məhsulların kütləvi olaraq gətirilməsi halı güclənib:
«Əhalinin seçim imkanları az olduğundan ölkəyə gətirilən məhsulların ekoloji cəhətdən nə dərəcədə təmiz və standartlara uyğun olub-olmadığına diqqət yetirilmir. Nəticədə xəstəliklərin sayının artması, gənc ailələrdə övlad dünyaya gətirmə kimi ciddi genetik problemlər ortaya çıxır. Yəni, bu xəstəliklərin çoxu ölkəyə gətirilən məhsulların keyfiyyətilə bağlıdır. Həmin xəstəliklərin sayının artması ekoloji təmiz məhsulların istehsal olunmamasıyla bağlıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG