Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:19

Erməni memar I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə iş göndərib


Erməni memar I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə iş təqdim edib.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib.O deyib ki, jüri üzvləri hələlik işə baxmayıb: “Ümumiyyətlə, bu o deməkdir ki, ermənilər Azərbaycanda haqq və ədalətin olduğuna inanırlar. Biz hələlik o işi təhlil edə bilmərik. Çünki ona hələ baxılmayıb. Jüri işlə tanış olmalı və qərar verməlidir. Bu müsabiqədə hər bir ölkənin nümayəndəsi iştirak edə bilər”.
XS
SM
MD
LG