Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:30

Hüquq müdafiəçiləri dindarların həbsindən narahatdırlar- [Video]


"Döydülər, həbsə atdılar... üstəlik cərimə də etdilər"
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Döydülər, həbsə atdılar... üstəlik cərimə də etdilər"

.
Oktyabrın 30-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Siyasi Məhbuslarsız Azərbaycan Alyansı və İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Toplantıda siyasi partiyaların təmsilçiləri, hüquq müdafiə təşkilatlarının nümayəndələri, ictimai xadimlər iştirak edib.
Konfransda Hacı Tale Bağırovun məhkəməsində baş verən insidentə diqqət çəkilib.
Hüquq müdafiəçisi Elşən Həsənov məhkəmə günü baş verənləri pisləyib: “Hüquq mühafizə orqanları həddini aşıb. Açıq məhkəmə keçirilən zaman dindarlara qarşı belə amansız davranış yolverilməzdir. Mən özüm hadisələrin şahidi olmuşam. Dindarlar döyüldü, həbs olundu, cərimələndi”.
Saxlananlardan biri Nicat İmranlı gördüklərini danışıb:
“Qarşı otaqda saxlanan insanları döyürdülər. Onların iniltili səsləri eşidilirdi. Məhkəməni izləməyə gələn Abbas Hüseynovu o qədər döymüşdülər ki, nəfəs ala bilmirdi. Ona bundan sonra dərman və su verdilər. Abbas siqaret belə çəkmir, çox yəqin ki, su vasitəsi ilə ona narkotik içiriblər. Sonradan qanından narkotik çıxdığını dedilər”.
Konfransda qeyd olunub ki, Hacı Tale Bağırovun məhkəməsi zamanı baş verənlər ictimai və beynəlxalq diqqəti prezident seçkilərinin nəticələrindən yayındırmağa xidmət edir.
“Hakimiyyət diqqəti hədəfdən yayındırmaq üçün lokal konfliktlər, təxribatlar törətməkdə maraqlıdır. Bu səbəbdən də Azərbaycanda insanların fundamental hüquq və azadlıqlarının qorunması uğrunda bütövlükdə cəmiyyət mübarizə aparmalıdır. Nə qədər ki, cəmiyyət hakimiyyətin qəddarlıqlarına qarşı birləşib mübarizə aparmır, müdafiə komitələrinin sayı çoxalmaqda davam edəcək”, AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.
HİCAB QADAĞASI ARADAN QALDIRILMALIDI
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu hesab edir ki, baş verənlərə lazımi diqqət verilmir:
“Baş verənlərə cəmiyyətin reaksiyası çox təəccüblüdür. İndi ölkədə yalnız ləyaqət və demokratiya adacıqları qalıb. Biz çətin dönəmdə yaşayırıq. Baş verənlərə cəmiyyət, siyasi partiya liderləri, QHT rəhbərləri cavab verməlidir. Onlar müdafiə tədbirlərində şəxsən iştirak etməlidir”.
İlqar İbrahimoğlu hicab məsələsinə, xüsusilə, toxunub: “Bütün hicab məhbusları azad edilməlidir, ölkədə hicaba qadağa şərtsiz aradan qaldırılmalıdır”,
Toplantıda qərara alınıb ki, mərkəzləşmiş İctimai Müdafiə Komitəsi yaradılsın.
POLİS İDARƏSİ DEYİR Kİ...
Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Tale Bağırovun məhkəmə prosesi zamanı baş verənlər barədə məlumat yayıb.
Məlumatda deyilir ki, Sabunçu Rayon Məhkəməsində Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb.
“Həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd ediblər. Onlar hüquq- mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq məhkəmənin həyətində bu hərəkətləri davam etdirib. Hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Həmin şəxslər hüquq- mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və dörd nəfərə xəsarət yetiriblər. Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və dörd nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG