Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Azərbaycan «Firavanlıq» indeksində 142 ölkə arasında 81-cidir


Belarus - Legatum Institute Prosperity Index banner, undated
-
Azərbaycan qlobal “Firəvanlıq” indeksinə görə 142 ölkə arasında 81-cidir.
Bu barədə Legatum İnstitutunun illik hesabatında bildirilir.

Azərbaycanın qonşuları Gürcüstan siyahıda 84, Ermənistan, 95, Rusiya 61, İran isə 101-ci yerdə gəlir.

Azərbaycan ötən ilki hesabatda 94-cü pillədə gəlirdi.

Bu ilki hesabatda ən firəvan ölkə Norveçdir. Ondan sonra İsveçrə, Kanada, İsveç, Yeni Zelandiya, və Danimarka gəlir.

Hesabat son 5 ildə ümumilikdə dünyada firəvanlığın artdığını göstərir.Bura xüsusilə işgüzarlıq, səhiyyə və təhsil sahələri daxildir.

Legatum institu “Qlobal firəvanlıq indeksi”ni hər il açıqlayır və burda iqtisadiyyat, təhsil, işgüzarlıq, idarəçilik, səhiyyə, şəxsi azadlıq, təhlükəsialik və sosial kapital kimi müxtəlif sahələrdə araşdırmalar aparılır.
XS
SM
MD
LG