Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Bakı Ağır Cinayətlər Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib


-
Oktyabrın 28-də Məhkəmə-Hüquq Şurası Ağır Cinayətlərə dair İşlər üzrə Bakı Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında vəsatət qaldırıb.

MHŞ-nin məlumatına görə, bu qərara Həsən Əliyevin yol verdiyi qanun pozuntuları, korrupsiya üçün şərait yaratması, etik davranış normalarını pozması səbəb olub: «Bununla da o, ədalətli mühakimə və hakim adına xələl gətirib».
Qanunvericiliyə görə, birinci instansiya məhkəməsinin hakimini vəzifədən prezident azad edir.

Bir müddət əvvəl prezidentin təqdimatı əsasında parlament Bakı, Gəncə və Şirvan apellyasiya məhkəmələrinin üç hakiminin səlahiyyətlərini dayandırmışdı.

Son üç ildə 30 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
XS
SM
MD
LG