Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Növbəti El Clasico - Barselona-Real dueli


Spain -- FC Barcelona's Argentinian forward Lionel Messi (C), 29Nov2009
Spain -- FC Barcelona's Argentinian forward Lionel Messi (C), 29Nov2009
İspaniyanın milli futbol çempionatında keçirilən Barselona-Real Madrid matçı 2-1 hesabı ilə Barselonanın xeyrinə bitdi.

İllərdi bu 2 klubun rəqabəti artıq İspaniyanın hüdudlarını aşaraq dünyada milyonlarla futbol azarkeşi tərəfindən də diqqətlə izlənilir. Bu dəfə, əsas diqqət Messi-Ronaldo deyil, klubların böyük məbləğə aldıqları brazilyalı Neymar (Barselona) və uelsli Gareth Bale (Real) dueli idi. Sonuncu hazırda dünyanın ən bahalı oyunçusudur. Lakin oktyabrın 26-da o, Reala xüsusi olaraq kömək edə, öz hesabına sarı vərəqədən başqa heç nə yaza bilmədi.

21 yaşlı Neymar isə, əksinə, 1 qol və 1 məhsuldar ötürmənin müəllifi oldu.

Oyundan sonra Twitter-də Neymarın şərhi yayılıb "Bu gün mənim El Clasico-da oynamaq arzum həyata keçdi. Xüsusi bir hadisə idi".
XS
SM
MD
LG