Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:06

Çexiya seçkilərində kommunistlər 3-cüdürlər


25 oktyabr 2013. Çexoyanın çənubundakı Strazovice seçki məntəqəsi. Məntəqəyə milli paltarda gələn seçicilər
25 oktyabr 2013. Çexoyanın çənubundakı Strazovice seçki məntəqəsi. Məntəqəyə milli paltarda gələn seçicilər
Çexiyada növbədənkənar parlament seçkiləri keçirilir. Oktyabrın 26-da səslərin təqribən 90 faizi hesablanandan sonra Sosial-demokratların 20 fazilə irəlidə getdiyi bildirlir. İkinci nəticəni təqribən 19 fazilə milyonçu biznesmen Andrej Babis-in başçılıq etdiyi "ANO" ("Hə" deməkdir) patriyası göstərib. Səslərin 15 faizini qazanan kommunistlər 3-cüdürlər.

Ekspertlər hökumət qurmaq üçün sosial-demokratların kommunistlərlə koalisiya yaradacağını ehtimal edirlər. Belə olan halda, 1989-cu il "Məxməri inqilabdan" sonra ilk dəfə kommunistlər hakimiyyətdə təmisl olunacaqlar.

Parlament seçkiləri bu ilin iyununda baş nazir Petr Necas ətrafında baş verən qalmaqalın yaratdığı siyasi böhrandan sonra təyin olundu. O zaman Baş nazirin köməkçisi Jana Nagyova rüşvət və vəzifədən sui-istifadə ittihamları ilə həbs olundu. İttihamların sensasiya doğuran məqamlarından biri də Nagyovanın hərbi kəşfiyyat vasitəsilə baş nazirin həyat yoldaşını pusması idi. Nəticədə Petr Necas istefa verdi, onun başçılıq etdiyi mərkəzçi-sağ koalisiyası isə dağıldı
XS
SM
MD
LG