Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 14:33

Əsgər silahı ilə hərbi hissədən qaçıb


-
Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissədən qaçıb.

Bu barədə apa-ya Ağstafa Rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə Müdafiə Nazirliyinin Tovuz rayonundakı hərbi hissəsində qeydə alınıb.

19 yaşlı əsgər Cəmil Hüseynzadə xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.

Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub, hər iki rayona girən və çıxan bütün avtomobillər yoxlanılır.

Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

C.Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG