Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:14

MDB sammiti: «Gürcüstan, qayıt!»


-
Minskdə MD sammiti Gürcüstanı MDB-yə qayıtmağa çağırmaqla başa çatıb.
Ev sahibi kimi sammitə yekun vuran Belarus prezidenti Aleksandr Lukashenka çıxışının sonunda deyib ki, MDB liderləri Gürcüstanın MDB-yə qayıtmasına şad olardı.

Yeri gəlmişkən, Gürcüstan bu bazar günü Gürcüstanı MDB-dən çıxardan Saakashvilini əvəz edəcək yeni prezident seçir.

Minskdəki MDB sammitində isə əsas məsələlər iqtisadiyyata aid olub. Rusiya prezidenti Putin MDB ölkələrini dünya iqtisadiyyatının nə vaxt bərpa olunacağını gözləmədən iqtisadi strategiya hazırlamağa çağırıb.

Minskdə MDB sammiti çərçivəsində Avrasiya İqtisadi Şurasında çıxış edən Qazaxıstan prezidenti Nazarbayev deyib ki, “Avrasiya İqtisadi Komissiyasında neft və qazın daşınması məsələsi həll olunmur. Dəmiryolu tarifləri həll olunmur. Elekrik ixracı məsələsi həll olunmur". "Komissiya işin prinsiplərinin və tənzimlənməsinin pozulmasına imkan verə bilməz.”

Minskdə MDB liderlərinin sammitində Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edib.

Sammitdə ölkələrarası problemlər, mütəşəkkil cinayətkarlıq, terrorizm, insan və narkotik alveri ilə 5 illik mübarizə proqramı müzakirə olunub.

MDB-yə keçmiş SSRİ məkanının 11 dövləti daxildir: Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan.
9 dövlət sammitə öz prezidentini göndərib, Türkmənistan və Qırğızıstanı isə baş nazirlərin müavinləri təmsil edib.

Sammitdən qabaq Rusiya və Ukrayna prezidentləri görüşüblər. Görüşdə Ukraynanın Avropa Birliyinə yaxınlaşması müzakirə olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG