Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 16:45

Sumağallı kəndinin qəzalı uşaq bağçası...


Sumağallı kəndində uşaq bağçası
Sumağallı kəndində uşaq bağçası
.
İsmayıllı rayonunun Sumağallı kəndində 30-cu illərdən qalma, qəzalı bir binada uşaqlar həyata hazırlanır. Əslində deyilənlərə görə, bu binada həm kitabxana, həm tibb məntəqəsi və həm də uşaq bağçası fəaliyyət göstərir. Ancaq biz orada olanda nə kitabxananın, nə də tibb məntəqəsinin fəaliyyət göstərməsinin şahidi olduq. Qəzalı bina yalnız uşaqların ixtiyarında idi.
Uşaq bağçasının müdiri Həqiqət Mirzəyeva deyir ki, rayonun aidiyyatı qurumlarını xəbərdar ediblər və onlar gəlib vəziyyətlə yerindəcə tanış olublar:
«Bağça üçün lazım olan bütün avadanlıqlarımız var. Sadəcə bina köhnə olduğu üçün problemlərimiz var».
YENİ BAĞÇA OLACAQ...
Uşaq bağçası
Uşaq bağçası
Həqiqət Mirzəyeva deyir ki, yeni uşaq bağçasının tikilməsi ilə bağlı artıq qərar verilib:
«Bir neçə günə tikinti başlayır. Ərzaq təminatında heç bir problem yoxdur. Hər ay dörd yüz (400) manat pul ayrılır. Burada binamıza bitişik, kəndin tibb məntəqəsi və kitabxana yerləşir. Onlar da bizim kimi çətinliklə fəaliyyət göstərirlər».
QIŞIN ÇƏTİNLİKLƏRİ...
Bağçada tərbiyəçi işləyən, Lətifə Seyidova qeyd edir ki, qış ayları onlar üçün çox çətin olur. Çünki müasir tələblərə cavab verməyən binanı qızdırmağın öz çətinlikləri var:
«Bütün avadanlıqları rayondan veriblər, vaxtlı-vaxtında ən keyfiyyətli ərzaqla təmin olunuruq. Narazılığımız budur ki, binamız köhnədir, həm də darısqaldır. Bağçamızda təlim tərbiyə yüksək səviyyədə həyata keçirilir. İyirmi bir (21) uşaq bağçaya gəlir».
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov da bildirir ki, yeni binanın tikintisi bir neçə günə başlayır:
Uşaq bağçasının həyəti
Uşaq bağçasının həyəti
«Nazirlər kabineti artıq maliyyə vəsaiti ayırıb. Orada nə yararlı avadanlıq varsa götürülüb saxlanılacaq, ya da istifadə ediləcək. Əsasən bu bağçada hər şey dəyişilib daha müasir olacaq»
KƏNDDƏ YENİ MƏKTƏB TİKİLƏCƏK...
Rasim Orucov deyir ki, Sumağallı kəndində yeni məktəbin də tikilməsi ilə bağlı onlara məktub daxil olub:
«Biz bu məsələni də dəqiqləşdirib müvafiq qurumlara təqdim edəcəyik. İnşallah gələn il üçün rayonda bir sıra kəndlərdə, eləcə də Sumağallı kəndində yeni məktəb binası tikilib istifadəyə veriləcək».

Uşaq bağçasının həyəti
Uşaq bağçasının həyəti
XS
SM
MD
LG