Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:28

I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək


Bakı
Bakı
-
Oktyabrın 31–dən noyabrın 5-dək Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "I Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş müsabiqənin əsas məqsədi memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması və seçiləcək layihələrin gələcəkdə təcrübədə həyata keçirilməsinə nail olmaqdır.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

1. İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;

2. Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;

3. Həyata keçirilmiş ən yaxşı interyer;

4. Həyata keçirilməmiş ən yaxşı layihə;

5. Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;

6. Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə;

7. Memarlıq sahəsində ən yaxşı nəşr.

Müsabiqənin nəticələri 2013-cü il noyabrın 3-də Bakıda keçiriləcək təntənəli mərasimdə elan ediləcək.

Bütün nominasiyalar üzrə qaliblər aşağıdakı mükafatlara layiq görüləcəklər:

I yer üçün: müsabiqənin heykəlciyi, müvafiq nominasiyaya uyğun diplom və 4000 manat (5000 ABŞ dolları) dəyərində pul mükafatı;

II yer üçün: müvafiq nominasiyaya uyğun diplom və 2500 manat (3200 ABŞ dolları) dəyərində pul mükafatı;

III yer üçün: müvafiq nominasiyaya uyğun diplom və 1000 manat (1400 ABŞ dolları) dəyərində pul mükafatı.
XS
SM
MD
LG