Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:40

«Pokrovski» bazarı bağlandı, Seyfəlidə xurma ağacda qaldı- [Video]


"Pokrovski" bazarı bağlandı, Seyfəlidə xurma ağacda qaldı
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

"Pokrovski" bazarı bağlandı, Seyfəlidə xurma ağacda qaldı

-
Moskvada 5 mindən çox azərbaycanlının çalışdığı “Pokrovski” ticarət bazasının bağlanması Şəmkirdə də narahatlıq yaradıb. Bazada satılan meyvə-tərəvəz əsasən Azərbaycanın Qərb bölgəsindən, xüsusən də Şəmkir rayonundan gətirilirdi. Şəmkir rayonunun kəndlərinə doğru uzanan yol boyunca cərgələnmiş xurma (yerli sakinlər ona xirnik deyir) ağaclarında yetişmiş meyvələr, qapılarda isə yüzlərlə boş yeşiklər görünür.

“MEYVƏNİN YIĞILMA VAXTI BİTİR, ALICI QAPINI DÖYMÜR..."

Seyfəli kənd sakini, 2-ci qrup əlil Bəhrəm Abbasəliyev 14 hektar bağında xurma yetişdirib. Danışır ki, xurmanın toplanma vaxtı olsa da bir alıcı da qapını döymür:

“Becərirdik, iş-güc yoxdur deyə bununla dolanırdıq. Moskva bazarlarında aparıb satırdıq. İndi də qalıb belə, bir gözümüzü buna dikmişik. Yeşiklərə yığmışıq, bilmirik neyləyək, gözləyirik. İndi malın yığılıb getmək vaxtıdır. 10 gün bundan əvvəl yığılmalıydı. Yarısı artıq xarab olub. Bizim də uşaqlar ordadır. Mənim 80-100 xurma ağacım var.
- İl ərzində nə qədər mal verirdiz?
- İldə 500 ton xurma satırdıq. Yeşiyin birirni 5-6 manata satırdıq. Uşaq var, nəvə var, necə dolanasan?”

Bəhrəm Abbasəliyev deyir ki, moskva bazarlarında meyvə kimi ən yaxşı gəlir xurmadan götürülür. Ona görə də, Seyfəli kəndində əksər şəxs bağlarındakı başqa ağacları da xurma ilə əvəzləyiblər. İndi kənddəki ağacların yarıdan çoxu bu meyəvdir.

Raya Məmmədova
Raya Məmmədova
HƏR QAPIDA YÜZLƏRLƏRLƏ YEŞİK VAR

Şəmkirin Seyfəli, Abbaslı kəndlərində qapılarda yüzlərlə taxta yeşik toplanıb. Amma bazar bağlanıb deyə, heç kim məhsul yığımına başlaya bilmir. Gözləri televizorda, bazarın açılması haqda xəbəri eşitmək ümidlə gözləyirlər. Yeganə qazanc yerləri sözügedən bazar olduğunu deyən kəndlilər gözlərini ildə bir dəfə bar verən xurma satışına dikiblərmiş:

Seyfəli kəndinin başqa bir sakini Raya Məmmədova:

“Burda bir nəfər qapılardan yığır, aparırlar Moskvaya, satırlar. Əksəriyyətimiz işsizik. Hamımız fikirləşirik ki, nə təhər olacaq? Bütün cavanlar orada işləyirdi. Yoldaşım, oğlum, qayınlarım orda xirnik satıb dolanırdılar. İndi də ki, meyvə qalıb qapılarda, baxasan hər qapıda 300-400 yeşik var. Gözləyirik ki, nə vaxt dolacaq nə təhər aparacaqalar?”..

Xurma ilə yanaşı faraş məhsul yetişdirilən istilikxanalarda isə vəziyyət bir qədər fərqlidir. İstilikxanada çalışan Sahib deyir ki, tərəvəzlərini Sankt-Peterburq şəhərində də satışa verdiklərindən işləri o qədər də ləngiməyib. Sifarişlərin miqdarı azalsa, da qablaşdırma davam edir.

Şəmkir rayon 1 saylı Abbaslı kənd orta məktəbinin müəlliməsi Zemfira Cəfərova isə deyir ki, 2 ali təhsilli oğlu məcburiyyətdən Moskvaya alver etmək üçün gedib. Gileylənir ki, hökümət əhalinin dolanışığı ilə bağlı iş görmədiyi üçün gənclər uzaq ölkələrə iş axtarmağa gedirlər.
Zemfira Cəfərova
Zemfira Cəfərova

“MƏHSULLARIMIZ AĞACIN BAŞINDA QALIB”

“Məhsullarımızın hamısı ağacın başında qalıb. Rusiya ilə Azərbaycan arasında münaqişə yarandığına görə, belə olub. Hər il 500 yeşik xurma yığırıq, indi hamısı ağacların başında qalıb. 1 il gözləyirdik ki, xurma yetişsin sataq, o da belə oldu… Oktyabr ayından başlayaraq toplayırdıq. Uşaqlarımız ali təhsillidirlər, amma gedib alverlə məşğul olurlar. İş tapmaq burda çox çətindir”.

Şəmkirin təkcə kəndlərində 9 min nəfərdən çox əhali yaşayır. İcra hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev deyir ki, rayondakı ümumi daxili məhsulun 74 faizini kənd təsərrüfatı məhsulları təşkil edir. Məhsulların əsas hissəsi isə Moskva bazarlarında satılır.

"Pokrovski" bazarı oktyabrın 15-də bağlanıb. Səbəb kimi Brilyov rayonunda Yeqor Şerbakov adlı gəncin Şəmkir rayon Seyfəli kənd sakini Orxan Zeynalov tərəfindən qətl edilməsi göstərilir. Sözügedən rayonda Orxan Zeynalov kimi 5 mindən çox Azərbaycanlı çalışırdı. Bazarı şəhər rəhbərliyinin bağladığı və 9 aydan tez açılmayacağı bildirilir. Bu bazarda əsasən Qafqaz və Orta Asiyadan olan miqrantlar çalışırdı."
XS
SM
MD
LG