Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:33

Dövlət Neft fondunun aktivləri artır


İllustrasiya fotosu
İllustrasiya fotosu
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) mətbuata açıqlamasında bildirlir ki, 2013-cü ilin 9 ayı ərzində fondun aktivləri 4,9% artıb. İlin əvvəlində 34 129,4 milyon ABŞ dollarına bərabər olan fondun aktivləri oktyabrın birində 35 809,2 milyon dollar təşkil edib.

Məlumatda deyilir ki, 2013-cü ildə təqribən 10 milyard manat gəlir əldə edən fond 8,7 milyard manata yaxın vəsait xərcləyib.

Fondun gəlirlərini əsasən neft və qaz satışından əldə olunan vəsait təşkil edir. Lakin məlumatda qeyd olunur ki, fondun vəsaitlərinin idarə olunmasından da 311 milyon manat gəlir alınıb.

Fondun xərcləri arasında qaçqınlara yardım, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili və sair məqsədlər göstərilib.
XS
SM
MD
LG