Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:02

Respondentlərin 62%-i Azərbaycan hökumətində korrupsiyanın geniş yayıldığını bildirir


.

“Korrupsiya sizin ölkənin hökumətində geniş yayılıb yoxsa yox?”

Gallup bu sualla müxtəlif ölkələrdə yerli sakinlərə müraciət edib. Azərbaycanda rəyi soruşulanların 62 faiz deyib ki, hökumətdə korrupsiya geniş yayılıb.

Çexiyada isə 94 faiz hesab edir ki, hökumət korrupsiyanın içində itib-batır.

Dünyada ən az korrupsiyalaşmış hökumətlərdən biri isə, deyəsən, Gürcüstandadır. Gürcüstan sakinlərinin cəmi 25 faizi öz hökumətində korrupsiyanın geniş yayıldığını düşünür.

SƏMİMİ CAVAB

Gallup hökumətdə korrupsiya haqda sualın bir çox ölkədə həssas olduğunu nəzərə alaraq yazır ki, media azadlığı boğulan ölkələrdə insanlar hökuməti tənqid etməyə qorxurlar, ona görə hökumətdə korrupsiya sualına düzgün cavab verməyə bilərlər.


Gallup yazır ki, o biri tərəfdən, azad media həm də ölkədə yaxşı idarəçiliyin və inkişafın göstəricisidir. Bununla belə, sorğu göstərib ki, media azadlığı hökumətdə korrupsiyanın azlığı demək deyil.

Media azad olan Çexiyada rəyi soruşulanların 94, Litvada 90, Portuqaliyada 88, İtaliyada 86 faizi öz hökumətlərində korrupsiyanın geniş yayıldığını düşünür.

Eyni zamanda media azad olan İsveçdə öz hökumətini rüşvətxor hesab edənlər cəmi 14 faizdir.

Gallup Freedom House Təşkilatının ölkələr üzrə media azadlığı cədvəli ilə öz sorğusunun nəticələrini tutuşdurur və hesab edir ki, hökumətdə korrupsiya geniş yayılıbmı? – sualına cavabla media azadlığının vəziyyəti arasında birbaşa əlaqə yoxdur.

Freedom Hose təşkilatının mediasını azad hesab etmədiyi Ruandada cəmi 5, Sinqapurda 15, Belarusda 36 faiz hökumətdə korrupsiyanın geniş yayıldığını deyib.

Ola bilsin ki, burda rəyi soruşulanlar hökumətdə korrupsiya sualına tamamilə səmimi cavab verirlər. Çünki Dünya Bankının hesabatına görə, məsələn, Ruanda son illər korrupsiya ilə mübarizədə böyük irəliləyiş edib.

Sinqapur isə korrupsiya ilə 1959-cu ildən sistemli mübarizə aparır.

Eyni vaxtda, mediası azad olmayan Çadda 92, Kamerunda 89, Hondurasda 87 faiz korrupsiyanı geniş yayılmış hesab edir.
Azərbaycan, da qeyd edək ki, Freedom House təşkilatının siyahısında mediası azad olmayan ölkələr sırasındadır.

Azərbaycanla qonşu olan Ermənistanda rəyi soruşulnaların 74 faizi öz hökumətində korrupsiyanın geniş yayıldığını deyib.

Rusiyada belə düşünənlər 80 faizdir. Türkiyədə 53 faiz, ABŞ-da 73 faiz korrupsiyanın hökumətdə geniş yayılması fikrindədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG