Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 17:25

Zəvvarlar zorla seçkiyə aparılıb?


QMİ sədri Allahşükür Paşazadə Ermənistan prezidenti Serzh Sarkisian və Erməni kilsəsinin rəhbəri II Garegin ilə görüşdə
QMİ sədri Allahşükür Paşazadə Ermənistan prezidenti Serzh Sarkisian və Erməni kilsəsinin rəhbəri II Garegin ilə görüşdə
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkiləri ilə bağlı Məkkədə zəvvarların zorla seçkilərə cəlb edilməsi xəbərlərinə münasibət bildirib.

QMİ bildirir ki, bununla bağlı təxribat yaratmaq istəyənlər var.

Məlumatda deyilir: “Son günlər bir çox mətbuatda bəzi üzdəniraq şəxslər belə sözlərlə çıxış edirlər ki, guya Məkkədə zəvvarlar zorla seçkilərə cəlb edilib və bu azmış kimi, onların ziyarətlərinə də bir daş atıb iddia edirlər ki, verdikləri səs onların Həccini batil edir. Lakin bu şəxslər unudurlar ki, Peyğəmbərimiz “vətəni sevmək imandandır” deyib. Eyni zamanda vətəndaşın öz hüququndan istifadə etməsinin onun ibadətinə nə dəxli var?! Digər tərəfdən jurnalistin müctəhidlik edərək “bu batildir” deyə böyük şəriət əməli üçün fətva verməsi də çox təəccüblüdür”.

QMİ bildirir ki, zəvvarlar arasında keçirilən sorğular bu fikirlərin yanlış olduğunu göstərir:

“Bəzi zəvvarlar bura ilk dəfə gəldiklərini söyləyir, ölkəmizdəki şəraitin digər ölkələrdən nə qədər gözəl olduğunun fərqini görərək, seçkilərə böyük həvəslə gedib öz prezidentini seçməyə tələsib. Zəvvarların rəylərindən məlum olur ki, deyilənlər boş sözlərdən başqa bir söz deyil, belə danışanlar sadəcə təxribat yaratmaq istəyənlər və vətəni sevməyənlərdir”.

Məlumatı Apa yayıb.
XS
SM
MD
LG