Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:44

Səfir: «Prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik»


Richard L. Morningstar
Richard L. Morningstar
_
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. İstənilən tərəfdaşlar arasında olduğu kimi bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var.

Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik.

ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi diversifikasiya daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG