Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

Silvio Berlusconi 2 il vəzifə tuta bilməyəcək


-
Milan məhkəməsi İtaliyanın keçmiş Baş naziri Silvio Berlusconi-nin iki il dövlət vəzifəsində çalışmasına qadağa qoyan qərar çıxarıb.

Reuters-in məlumatına görə, məhkəmə belə qərarı keçmiş baş nazirin vergilərlə bağlı fırıldaqçılıqda təqsirli bilinməsindən sonra qəbul edib.

Hazırda Berlusconi senator vəzifəsindədir. Məhkəmənin qərarının tezliklə icra edilməsi mümkün deyil. Belə ki, onun Senatın tərkibindən çıxarılması parlamentin yuxarı palatasında keçiriləcək səsvermədən asılıdır. Bu isə ən tezi noyabrda gözlənilir.
XS
SM
MD
LG