2026, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:16

Moskvada hər cümə günü mənzillərdə qeyri-qanuni miqrant axtarılacaq

Moskva polis idarəsinin rəisi Yakunin deyib ki, hər cümə günü Moskvada mənzillərdə qeyri-qanuni miqrant axtarışı ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək.

Yakunin dünən isə demişdi ki, ilin sonuna kimi bütün ticarət mərkəzlərində, bazarlarda, dükanlarda qeyri-leqal miqrant axtarışı həyata keçiriləcək.

Rusiyada rəsmi məlumata görə, 3 milyon qeyri-leqal miqrant var. Qeyri-rəsmi məlumata görə isə, bunların sayı 10-12 milyon ola bilər.
XS
SM
MD
LG