Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:43

İsmayıllıda təmizlik istəyirlər...


İsmayıllıda yeni tikilmiş qala səddinin arxasında qalan Nizami Səmədov küçəsi
İsmayıllıda yeni tikilmiş qala səddinin arxasında qalan Nizami Səmədov küçəsi
.
İsmayıllı sakini Vüqar Süleymanov yaşadığı Nizami Səmədov küçəsinin zibilliyə çevrilməsindən şikayətçidir.
Onun sözlərinə görə, küçədə antisanitariya baş alıb gedir. Dəfələrlə əlaqədar qurumlara şikayət etsələr də müraciətlərinə baxılmayıb:
«SANKİ BURADA İNSAN YAŞAMIR»
«2007-ci ildən yaxınlıqdakı ərazidə qala tikintisi başlandı. Həmin vaxtlardan bura unuduldu, sanki insan yaşamır. Küçəboyu zir-zibil az qala başa çıxır, kanalizasiya xətləri işləmir. Üfunət iyindən burda yaşamaq müşkülə çevrilib. Adam xəcalət çəkir... Belə yaşamaq olar?»
Vüqar Süleymanov deyir ki, yeni tikilən qala rayonu gözəlləşdirmək məqsədi ilə tikilib: «Qala həm də, qüsurları ört-basdır etmək üçündü».
«SƏN UŞAQ OLANDA MƏN O, KÜÇƏ İLƏ ÇOX GEDİB GƏLMİŞƏM»
Nizami Səmədov küçəsi
Nizami Səmədov küçəsi
Vüqar Süleymanov qeyd edir ki, problemlə bağlı şəxsən icra başçısı ilə görüşüb:
«Başçıya dedim ki, vaxtınız olanda bu küçədən keçin. Mənə qayıdıb deyir ki, sən uşaq olanda mən o, küçə ilə çox gedib- gəlmişəm. Bəli, mən uşaq olanda bu küçə təmiz, yolu asfalt idi. İndi getmək və tədbir görmək lazımdır, cənab başçı. Yoxsa siz problemdən yaxanızı qırağa çəkirsiniz».
«ELƏ KÜÇƏ VAR HƏR GÜN, ELƏSİ DƏ VAR GÜNAŞIRI TƏMİZLƏTDİRİRİK»
Rayon kommunal müəssisələri kombinatının müdiri Vidadi Məmmədov isə deyir ki, şikayət əsassız:
«Elə küçələr var ki, hər gün, elələri var ki, günaşırı təmizlətdiririk. Rayonumuzda böyük miqyasda təmir-tikinti, yenidənqurma işləri gedir. Ona görə də bizim idarə də tam yüklənmiş şəraitdə işləyir. Təsəvvür edirsinizmi insanlar var ki, həyətlərini süpürüb gətirib zibil qutularına doldururlar. Belə olmaz. Bir də ki, zibil qutularını boşaltdırırıq, yenidən istifadə olunan gündəlik istehlak mallarının tullantıları ilə zibil qabları dolur. Bu o, demək deyil ki, aylarla, həftələrlə dolub qalmış zibildir. Yəni ittiham irəli sürəndə bir az insaflı olmaq lazımdır, adam adamın əziyyətini yerə vurmaz».
XS
SM
MD
LG