Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 17:46

Rüstəm İbrahimbəyov: «Orxanla vəhşicəsinə rəftar edirlər»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
«Rusiya vətəndaşını öldürməkdə günahlandırılan azərbaycanlı ilə vəhşicəsinə rəftar edirlər və heç bir ölkədə belə işlər aparılmır».

Bu sözləri Modern.az saytına açıqlamasında azərbaycanlı rejissor və hazırda Moskvada işləyən Rüstəm İbrahimbəyov deyib. O qeyd edib ki, ortada real fakt olmadan azərbaycanlının adının hallandırılması çox pisdir:

«Yaxşı deyil ki, Azərbaycan nümayəndəsinin adı belə işlərdə hallanır. Bu çox pisdir, indi çalışmaq lazımdır ki, həqiqət ortaya çıxsın, böhtan olmasın. Hökumətimiz, səfirliyimiz çalışmalıdır ki, həqiqət udsun, soydaşımız əsassız cinayətdə günahlandırılmasın».

R.İbrahimbəyov qeyd edib ki, Rusiyadakı nəinki azərbaycanlılara, eyni zamanda başqa millətlərə də münasibət yaxşı deyil:

«Hadisələr başlayanda bilmirdilər ki, bu azərbaycanlıdır, ya başqa millətdəndir. Moskva əhalisi də miqrantlardan çox narazıdır. Burada da əsas günah rus administrasiyasındadır. Bu işləri elə görürlər ki, ölkəyə işləməyə gələnlər çox çətin vəziyyətə düşürlər, onlara yaxşı imkanlar yaradılmır, şəraitləri qeyri-normaldır və nəticədə belə cinayətlər olur. İndidən bu məsələlərlə bağlı ciddi iş görülməsə, axırı pis olacaq. Bir tərəfdən Rusiyaya bu adamlar lazımdır, işləri kimsə görməlidir, digər tərəfdən bunu lazımi səviyyədə təşkil etmirlər və çox vaxt da cinayətlərin başvermə səbəbləri bununla bağlı olur».

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanlarının O.Zeynalovla davranışına görə Azərbaycan Rusiyaya nota verib. Məsələyə sərt münasibətini Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG