Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Qusardakı hadisəyə görə bir nəfər tutulub, iki nəfər axtarılır


Qusarda baş vermiş silahlı insidentdən sonra şəhərinin girişində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib
Qusarda baş vermiş silahlı insidentdən sonra şəhərinin girişində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib
.
AXTARIŞLAR DAVAM EDİR...

Qusarda polisi qətlə yetirməkdə şübhəli bilinən iki nəfər hələ tapılmayıb.

Ərazidə olan hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərə heç bir açıqlanma vermirlər. Hadisənin baş verdiyi ərazidə bir neçə yerdə polis postları qurulub. Postlarda əli avtomatlı polis əməkdaşları dayanıblar.

AzadlıqRadiosunun müxbiri yaralı polislərdən ikisinin Bakıya yola salındığını bildirir

DAXİLİ İŞLƏR NAZİRLİYİ 2 NƏFƏRİ SAXLANIB

Qusardakı hadisəyə görə bir nəfər tutulub, iki nəfər axtarılır. Bu barədə oktyabrın 17-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, oktyabrın 16-da saat 08:00 radələrində Qusar şəhərində naməlum şəxs valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6 min manat pulu qarət yolu ilə ələ keçirib.

Qusar
Qusar
Qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Edik Rüstəmov saxlanılıb.

Əldə edilmiş pulun götürülməsi üçün rayon polis şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıblar:

"Bu zaman orada Edik Rüstəmovla əlaqələri olan 2 naməlum şəxsin açdığı atəşlə polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş müxtəlif dərəcəli xəsarətlər alıb".

Nazirliyin məlumatına görə, silahlı hücumu Qusar şəhər sakinləri Faiq ŞahmuradovRamiz Rəhimxanov törədiblər.

Həmin şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
XS
SM
MD
LG