Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:28

Orxan Zeynalov yol hərəkətini pzduğuna görə Rusiyada 1 il həbsdə olub


Foto arxiv
Foto arxiv
Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov törətdiyi cinayəti etiraf edib.

APA-nın məlumatına görə, bunu Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin deyib.

Markin Orxan Zeynalovun 2011-ci ildə Moskva Naqatinski rayon məhkəməsi tərəfindən yol hərəkət qaydasını pozduğuna görə 1 il azadlıqdan məhrum edildiyini də bildirib: “O, 2012-ci ildə azadlığa çıxıb və qanunsuz taksi fəaliyyəti ilə məşğul olub. Hazırda Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır”deyə o bildirib.
XS
SM
MD
LG