Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:45

«9 ildir lift yoxdur, göyün üzündə qalmışam»


Arxiv foto
Arxiv foto
-
Əhmədlidəki Sarayeno küçəsi, 145 saylı binanın sakini, 76 yaşlı Kərim Babayev deyir, 9 ildir binada lift işləmir. Ancaq bu, heç bir qurumu narahat etmir. Kərim Babayev binanın 9-cu mərtəbəsində yaşayır. 1-cu qrup əlildir. 10 il əvvəl bir ayağı amputasiya olunub.

Uzun müddətdir ki, evdən çıxmır. Səbəbindən danışır:

“Əlimdən tutub pilləkənləri düşürüb çıxaranım yoxdur. Ona görə də lift xarab olandan evdə oturmuşam. 9 ildir göyün üzündə qalmışam. Yığışmışıq, saysız-hesabsız məktublar yazmışıq. Ya cavab yazmırlar, ya da yazırlar ki, kooperativ binaların lift problemini dövlət həll etmir”.

Binanın 8-ci mərtəbəsində yaşayan Aida Salayeva:

“Evi 4 ildir satışa qoymuşam. Müştəri gəlir, araşdırır ki, bu binada 9 ildir lift işləmir, daha evə baxmır, dönüb gedir”.

Sakinlərin deməsinə görə, işləməyən liftin yararlı hissələrini də söküb aparıblar:

“USTALAR LİFTİ SÖKÜB APARIR, BAŞQA BİNALARDA İŞLƏMƏYƏN LİFTLƏRİN ÜSTÜNƏ QOYUB PUL QAZANIRLAR”

Bakı Lift İdarəsindən bildirdilər ki, Sovet dönəmində kooperativlər tərəfindən inşa edilmiş binalarda liftlərin təzələnməsi prosesi dövlətin balansındakı liftlərin təmir-bərpası, dəyişdirilməsi mərhələsindən sonra olacaq.

Bakı Lift İdarəsindən onu da bildirdilər ki, əksər hallarda lift xarab olanda, bina sakinləri özləri müdaxilə edirlər, ya da kənardan usta çağırırlar. Bu isə sonradan həmin liftlərin bərpasını mümkünsüz edir.
XS
SM
MD
LG