Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:07

«Özlərini öldürməyə səbəb yox idi»


Arxiv foto
Arxiv foto
-
Bu il aprelin 27-də səhər saatlarında Ramanadakı yarımtikililərdən birində 19 yaşlı Əli Qənbərli ilə həmyaşıdı və dostu Ramil Bayramovun asılmış meyiti aşkar edilib. İstintaq orqanı gənclərin ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlayıb. Ancaq Əli Qənbərlinin ailə üzvləri onun intihar etməsinə inanmırlar. Anası Fəxrəndə Qənbərli hadisənin obyektiv araşdırılmasını tələb edir.

“ÖZÜNƏQƏSDƏ SƏBƏB YOX İDİ”

Fəxrəndə Qənbərli:

“Əli 12 yaşından mənimlə birlikdə işə gedib gəlirdi. Kafedə ofisantlıq edirdi. Qazandığını da evə verirdi. Ölümündən bir gün əvvəl pul verdim, getdi özünə geyim, ətir aldı. Əhval ruhiyyəsi yaxşı idi. Əli həkimə getməliydi, ödünü yudurtmağa. Müdirdən 30 manat alıb ona verməliydim. Zəng vurdu ki, ana pulu aldın? Dedim müdir hələ gəlməyib. Bir az keçdi, müdir gəldi, pulu aldım, Əliyə zəng vurdum deyəm ki, gəl pulu götür, zəng çatmadı”.

Ananın deməsinə görə, Əli ilə birlikdə meyiti aşkar olunan Ramil onlara tez-tez gəlib-gedirmiş:

“Əliylə Ramil həmyaşıd və dost idilər. İkisi də əsgər getməyə hazırlaşırdı. Ramil də tərbiyəli oğlan idi. Bu uşaqların özlərinə qəsd etmələri üçün səbəb yox idi”.

“O UŞAQLARI ASIBLAR”

Ana deyir, gənclərin asıldığı otaqda heç bir əşya olmayıb:

“Nə stol-stul, nə başqa əşya... heç nə yox idi. Heç o otağın döşəməsi də yox idi. Bunlar özlərini tavandan necə asıblar, başa düşülən deyil. O uşaqları asıblar”.

Əlinin və Ramilin zənglərə cavab verməmələri hər iki gəncin ailəsində narahatlıq yaradıb. Həmin gün Ramilin ailə üzvləri polisə müraciət ediblər. Sabahı gün səhər gənclərin asılmış meyitləri evin yaxınlığındakı bir yarımtikilidə aşkarlanıb.

Bakı şəhər prokurorluğu isə bildirib ki, meyitlər aşkar olunduqdan sonra müayinəyə verilib. Hər iki gəncin meyitinə baxış keçirilərkən prosesdə valideynlər də iştirak edib. Meyitlərin üzərində zorakılıq əlamətləri olmayıb. Boyun nahiyələrində şırımlar qeydə alınıb. Bu da ilgək izləridir. Gənclərin ölüm faktına görə araşdırmalar aparılıb və qətl izləri aşkar olunmayıb.
XS
SM
MD
LG