Hollandiyadan olan diplomat Moskvadakı evində döyülüb. Niderlandın Moskvadakı missiyasının rəhbərinin müavini Onno Elderenbosch-un hücumda ciddi xəsarət aldığı bildirilir.
İki kişi onun evinə gəlib və elektrik işçisi olduqlarını deyiblər. Rəsmi məlumata görə, qatillər evdən çıxmamış güzgüyə dodaq boyası ilə “LGBT” yazıblar – bu, lesbian, gay, biseksual və transgender sözlərinin ilk hərflərindən ibarətdir.
Haaqadakı Niderland Xarici İşlər Nazirliyi Rusiya səfirini izahat üçün çağırıb. Bu insidentdən bir neçə gün əvvəl Moskva Niderlanddan rusiyalı diplomatın guya döyulməsinə görə üzrxahlıq tələb etmişdi.
İki ölkənin münasibətləri 30 Greenpeace fəalının saxlanmasından sonra pisləşib.