Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

Fərhad Əliyev prezident İlham Əliyevə sədaqətli olduğunu deyir [Video]


Fərhad Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Fərhad Əliyev azadlıqda

-
Fərhad Əliyev: "Həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm"

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisində artıq 19 nəfər məhkum əfv fərmanı əsasında azadlığa buraxılıb. Trend-in məlumatına görə, onların arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.

Fərhad Əliyev jurnalistlərə bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, prezidentə sadiq qalacaq:

"Cənab prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub. Ona görə də həbs olunmamışdan əvvəl də, həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".

"Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də bu gün 6 saylı cəzaçəkmə müəssisəsindən azad olunub. O, 2 saylı cəzaçəkmə müəssisəsinə gələrək qardaşı Fərhad Əliyevi qarşılayıb. Müəssisə qarşısında jurnalistlərə açıqlama verən R. Əliyev onları əfv etdiyi üçün cənab Prezidentə təşəkkürünü bildirib.

“HAKİMİYYƏTDƏN HEÇ BİR VƏZİFƏ GÖZLƏMİRƏM”

Azadlığa buraxılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Heydər Əliyev və Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Ziyarətdən sonra jurnalistlərə açıqlama verən sabiq nazir Fərhad Əliyev bildirib ki, həbsdə olanlar azadlığın qədrini daha yaxşı bilirlər:

“Çox şükür ki, biz indi azadıq. Mənimlə bərabər 153 nəfər də azad olunub, onları da təbrik edirəm. Mənim üçün bu gün ikiqat bayramdır. Həbsdən azad olunmağıma köməklik göstərən hər kəsə və əfv sərəncamı imzalayan prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Fərhad Əliyev əfv olunandan sonra vəzifəyə təyin oluna biləcəyi ehtimalına da münasibət bildirib. O deyib ki, hakimiyyətdən heç bir vəzifə gözləmir:

“Çünki bu, gözləməklə deyil. Amma bundan sonra planlarım var və harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, Azərbaycan xalqına, dövlətinə xidmət edəcəm”.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti oktyabrın 14-də imzalanan əfv sərəncamın icrasına bu gün səhərdən başlayıb.

Məlumatı APA yayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG