Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:27

Milli Şuranın son mitinqinə görə 4 gənc həbs olunub


-
Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqdən sonra polislə qarşıdurmada saxlanan müxalifət fəallarını az sonra buraxsalar da, oktyabrın 14-də onların bəziləri həbs olunub.

AXCP Gənclər Komitəsinin üzvü Türkel Azərtürk və bitərəf Əli Səfərli 15, Sərvər Abdulla (AXCP) və Emin Manıyev (bitərəf) isə 10 sutka inzibati həbs olunublar.

Anar Əkbərov 100 manat, Orxan Baxışlı 50 manat cərimələnib.

Məhkəmə onları ictimai asayişi pozmaqda təqsirli bilib.
XS
SM
MD
LG