Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:16

Amerikanın müflis olma riski artır


Harry Reid
Harry Reid
-

Əgər Amerika müflis olsa, yəni öz borc öhdəliklərini qarşılaya bilməsə, 80 il qabaq müflis olmuş Almaniyanın aqibətini yaşaya bilər.

1933-cü ildə Almaniya birtərəfli şəkildə özünün uzunmüddətli borcları üzrə ödəmələri dayandırdı.

Borclar 1-ci Dünya Müharibəsindən yığılmışdı. Bundan 3 ay sonra

Adolf Hitler hakimiyyətə gəlib kansler vəzifəsinə sahib oldu

Defoltun gətirdiyi xaos, tənəzzül nasistlərin hakimiyyətə gəlməsini asanlaşdırdı.

Ekspertlər bu fikirdədirlər ki, dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ müflis olarsa, bu, nəinki Amerikanın özündə, dünya boyu – Braziliyadan Sürixə qədər hiss olunan iqtisadi fəlakətə gətirib çıxaracaq. Dollara etibar sarsılacaq. 2008-ci ilin maliyyə böhranından yenicə çıxmaqda olan Amerika və Avropa bu dəfə daha dərin böhrana yuvarlanacaqlar.
ABŞ - Nümayəndələr Palatasının spikeri John Boehner (solda)
ABŞ - Nümayəndələr Palatasının spikeri John Boehner (solda)

Amerika Senatında hər iki partiyanın – həm demokratların, həm də respublikaçıların rəhbərləri yenidən danışıqlara start veriblər.

Senatdakı demokrat çoxluğunu rəhbəri Harry Reid deyir ki, respublikaçılarla faydalı danışıqları olub və kontaktları davam etdirəcəklər. Amma hələ ki konkret bir nəticə elan etmək mümkün deyil.

Bundan qabaq demokrat prezident Obama ilə respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının spikeri arasında danışıqlar nəticəsiz bitmişdi.

Respublikaçıların hazırladıqları qanun layihəsində büdcə kəsirinin yuxarı limitinin artırılması yalnız 6 həftə ərzində - müvəqqəti gerçəkləşirdi.

Ağ ev bu planı rədd etmişdi

və müddətin 2014-cü ilin sonuna qədər uzadılmasını istəmişdi.

Bunu isə respublikaçılar istəmir və hökumətin təcili şəkildə büdcə kəsirini azaltmağa başlamasını, bir sıra sosial proqramların, o cümlədən Obamanın tətbiq etdiyi səhiyyə islahatının təxirə salınmasını tələb edirlər.

İndi Senatdakı danışıqların məqsədi odur ki, yuxarı palata demokratların nəzarətindədir və əgər demokratlar respublikaçılarla dil tapıb qanun layihəsi qəbul edə bilsələr, onda həmin qanun layihəsini daha problematik vəziyyətin mövcud olduğu aşağı palataya – Nümayəndələr Palatasına göndərə bilərlər.

O ümidlə ki, həm bunun, həm də ictimai təzyiqin nəticəsində Nümayəndələr Palatası da eyni addımı atacaq.

Oktyabrın 17-də Amerikanın borc ödəmək üçün pulu qalmayacaq. Hələ ki dünya bazarlarında müəyyən enmə müşahidə edilsə də, çöküş panikası hiss edilmir.

Bəziləri düşünür ki, əgər panika başlasa, bu, siyasətçiləri daha tez kompromisə gəlməyə məcbur edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG