Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Avqust, Cümə, Bakı vaxtı 02:28

Rohani elmə mane olmamağa çağırıb


Hasan Rouhani
İran prezidenti Hasan Rohani iranlı alimlər və tələbələrin beynəlxalq tədbirlərdə iştirakına daha geniş imkanlar verməyə çağırıb. O Tehran universitetində çıxış edərkən tələbə və müəllimlərin öz fikirlərini deyə bilməməsini rüsvayçılıq adlandırıb.Rohani Kəşfiyyat nazirliyi də daxil olmaqla bütün təhlükəsialik xidmətlərini alimlərin beynəlxalq konfranslarda iştirakına mane olmamağa çağırıb.

Son illər xaricdə keçirilən tədbirlərdə iştiraka görə İranda onlarla tələbə və müəllim məktəblərdən kənarlaşdırılıb. Rohani onun hökumətinin bu cür təzyiqlərə dözməyəcəyini bəyan edib.
XS
SM
MD
LG