Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 09:56

Qadağan edilmiş sevgi, edam və əlini dizinə çırpan molla


Əfqanıstan
Əfqanıstan
-
Bu, zorla nişanlanmış bir qadının sevgilisinə qoşularaq romantik bir tərzdə gecə qaçışının hekayətidir.

Bu real həyat dramı Əfqanıstanın şimalındakı Badqis əyalətinin Kukçeyl kəndində oynanıb. Bu cür dramların əksəriyyəti kimi, bu hekayət də çox kədərli və faciəli şəkildə bitib.

Zorla ərə veriləcəyi toyun ərəfəsində Halima öz sevgilisi ilə qaçıb. Lakin onun yerini bir neçə gündən sonra aşkar ediblər və camaatın gözü qarşısında güllələyiblər.

Videoda 17 yaşlı qızın edamını əmr edən mollaya qarşı cinayət işi qaldırılıb. Lakin indi 35 yaşlı molla Mawlavi Abdul-Qayum apellyasiya şikayəti verib. O iddia edir ki, əsl canilər kənarda qaldığı halda onu «zibilə» salıblar.

Halima bir müddət idi ki, qonşuluqdakı gənclə görüşürdü, lakin valideynləri onu istəmədiyi başqa bir adama ərə verməyi qərara almışdılar.

Toy üçün ötən iyun ayında gün də təyin edilib, lakin Halima sevgilisi ilə kənddən qaçmağı və onları heç kimin tanımadığı başqa bir yerdə yeni həyata başlamağı qərara alıb.

Bunu bəyliyi baş tutmayan təzəbəyin valideynləri qeyrətlərinin təhqiri kimi qəbul ediblər. Molla Abdul-Qayum-dan xahiş ediblər ki, yad kişiyə qoşulub qaçmış gələcək gəlinlər cəzalandırılsın.

Cəza icra olunub və edamın videosu Qadın İşləri Departamentinin əlinə keçib.
Videoda əvvəlcə qadını bürgəyə bürünmüş qadınların iştirakı ilə mühakimə ediblər, sonra isə iki kişi Halima-nın başına güllə çaxıb. Bu zaman ətrafdan «Allahu-əkbər» sədaları ucalırmış.

MOLLA ZİBİLƏ DÜŞÜB

Videodakı səslər tam aydın eşidilməsə də, hakimiyyət orqanları bu qərara gəliblər ki, Halima-nın edamını Abdul-Qayum əmr edib.

Molla bu ittihamı rədd edir və deyir ki, əslində onu «qurbanlıq qoyun» ediblər.

«Bu, bir ailə qərarı idi, indi isə təqsiri dini fitvada axtarırlar. Bir neçə ruhani xadim bu işin hakimiyyətə həvalə edilməsini istəyib.
Kabildə qadın zorakılıqlarına qarşı etiraz aksiyası, 14 aprel 2012
Kabildə qadın zorakılıqlarına qarşı etiraz aksiyası, 14 aprel 2012
Mən də öz çıxışımda demişəm ki, bu işə rəsmi hakim və hökumət baxmalıdır. Buna baxmayaraq, camaat qətli icra edib. Onlar da bu qətlə görə cavab verməlidirlər».

Badqis polisi edamı birbaşa icra etmiş iki kişini axtarır, molla Abdul-Qayum isə yuxarı instansiya məhkəməsinə müraciət edib. Bir neçə həftəyə onun ərizəsinə baxılmalıdır.

Lakin əyalətin valisi Ahmadullah Alizai israr edir ki, molla cəzalandırılmalı və ictimaiyyət qadınlara qarşı zorakılığın cəzasını görməlidir.

Alizai tələb edir ki, «son dərəcə zorakı akt»ın bütün iştirakçıları ədalət qarşısına çıxarılmalıdırlar.

OĞLAN QAÇIB

Əfqanıstan qanunları ilə az-çox tanışlığı olanlar isə bildirirlər ki, mollaya qarşı irəli sürülmüş ittihamın tam hüquqi əsası var.

Kabil Universitetinin professoru Nasrullah Stanikzai deyir ki, Badqis məhkəməsinin molla barədə hökmü «düzgün və ədalətlidir». O bu qənaətdədir ki, molla «həm Şəriət, həm də cinayət qanunlarını pozub»:
Nasrullah Stanikzai
Nasrullah Stanikzai

«İstər Şəriət qanunlarına, istərsə də əfqan qanunlarına görə, hər hansı bir şəxsi yalnız məhkəmə mühakimə edə bilər. Məhkəmə bir adamı ölümə məhkum edəndə, hökm daha iki yüksək məhkəmə instansiyasına getməli və sonda prezident tərəfindən təsdiq edilməlidir. Sonra da cəza həbsxana şəraitində icra olunmalıdır. Hökmü nə qazi, nə molla, nə də başqa bir dini fiqur icra edə bilər».

Qadın haqları fəalları deyirlər ki, qadınlara qarşı zorakılıq istər Badqisdə, istərsə də Əfqanıstanın başqa yerlərində geniş yayılıb. Lakin bu hallar barədə əksər hallarda xəbər verilmir və canilər cəzasız qalırlar.

Hazırda Halima ilə qaçmış oğlanın harada olması bilinmir. Bəzi kəndlilər deyirlər ki, o, xaricə qaçıb. Halima-nın valideynləri mətbuatla danışmaq istəmirlər. Bu hadisədə iştirakı olduğu söylənən ailələr isə burunlarını evlərindən çölə çıxarmırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG