Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 04:47

Keçmiş mer korrupsiyaya görə 28 il həbs cəzası aldı


ABŞ-ın Detroyt şəhərinin keçmiş meri korrupsiyaya görə 28 il həbs cəzası alıb.
43 yaşlı Kvame Kilpatrick rüşvətdə, reketdə və başqa cinayətlərdə günahkar bilinib.

Prokurorlar sübut ediblər ki, illik maaşı 840 min dollar olan keçmiş merin xərcləri bundan qat-qat çox olub və o bu xərclərin mənbəyini göstərə bilməyib.

Detroyt bir vaxtlar ABŞ-ın ən varlı şəhərlərindən biri olub, indi isə tarixdə müflis olan ən böyük şəhər hesab olunur.
XS
SM
MD
LG