Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:21
-
Oktyabrın 12-də, saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Dövlət Mükafatı laureatı, "Heydər Əliyev" və "İstiqlal" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun 80 illik yubileyi qeyd olunacaq.

Bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi yubiley gecəsində görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG