Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:46

125 yaşlı Süfü nənə də səs verib


Aran bölgəsinin ən yaşlı sakini səsvermədə iştirak edib. Zərdab rayonunun Məlikli kənd sakini 125 yaşlı Süfü Bayramova 92 saylı Zərdab – Ucar seçki dairəsinin 13 saylı məntəqəsi üzrə səs verib.

Süfü nənə səhhətinə görə məntəqəyə gedə bilmədiyindən evinə daşınan qutu gətirilib.
Bundan əvvəl 124 yaşlı Gözəl Dadaşova isə, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin, 24 saylı məntəqəsinə gedərək özü səs verib.
XS
SM
MD
LG