Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:51

İzvestiya: Cəmil Həsənlidən Əliyevə kompliment


İlham Əliyev
İlham Əliyev
-
«İzvestiya.ru» Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi yerli politoloq və şərhçilərdən qısa müsahibələr alıb.
MİRZƏ XƏZƏR NAMİZƏDLƏR HAQDA...
«Həsənlini saymasaq yerdə qalan namizədlər hakim rejimə və yalnız seçkilərdə demokratik imic qatmağa xidmət edirlər». AzadlıqRadiosunun sabiq redaktoru Mirzə Xəzər belə deyib.
«Onların hər birinin mühüm rolu var»- deyən Mirzə Xəzərin sözlərinə görə, məsələn, teledebatda Cəmil Həsənliyə plastik butulka atan Müasir Müsavat Partiyasının məqsədi rəqibini münaqişəyə təhrik etmək idi. Gənc və bitərəf Zahid Oruc gənc nəsil siyasətçilərin seçkilərdə iştirakı görüntüsünü yaradır. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətçi rolunu oynayır:
«Seçkilərin nəticəsi artıq müəyyən olunub. MSK Əliyevi qalib elan edəcək, bütün mediaresurslar, eləcə də hüquq mühafizə orqanları hakimiyyət tərəfindən nəzarətdədir. Bununla belə, Azərbaycanda yaxşı təşkilatlanmış və geniş sosial bazası olan müxalifət qüvvəsi yoxdur. Rejim alternativsizliyə nail olub».
YAP-DAN İLHAM ƏLİYEVİN DEBATDA İŞTİRAK ETMƏMƏSİNƏ CAVAB
İlham Əliyevin prezident seçkilərindəki nümayəndəsi Mübariz Qurbanlı 8 namizədin təxribatçı rolu haqda deyilənləri rədd edib.
«İzvestiya.ru» yazır ki, prezidentin özünün televiziya debatlarında iştirak etməməsi çoxunu qəzəbləndirir. Amma Mübariz Qurbanlı bunu ölkə başçısının məşğul olması və qanunvericilikdə namizədin debatda iştirakını zəruri edən normanın olmaması ilə izah edib.
O İlham Əliyevin seçki qərargahının işlədiyini, paytaxt və bölgələrdə 1,5 milyon seçici ilə görüş keçirdiklərini də söyləyib.
«CƏMİL HƏSƏNLİDƏN ƏLİYEVƏ KOMPLİMENT»
Politoloq Mübariz Əhmədoğlu deyib ki, başlıca müxalifət nümayəndəsi Cəmil Həsənlinin siyasi platforması «Əliyevə kompliment» sayıla bilər: «Həsənli ölkəni cəmi iki il idarə edəcəyi vədini verib. Bu müddətdə o parlament seçkiləri, Konstitusiya islahatları keçirməli, eləcə də yeni prezident seçkilərinin vaxtını elan etməlidir. Müxalifət Azərbaycanı belə siyasi qrafikə tab gətirəcək qüdrətli ölkə sayırsa, deməli, Əliyev güclü ölkə yaradıb. Onda seçicilər niyə ondan imtina etməlidirlər?»

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG