Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Moskva-Gəncə təyyarəsində insident


Arxiv foto
Arxiv foto

Təyyarə Həştərxanda məcburi eniş etməli olub.
Bu barədə Gəncə Beynəlxalq Hava Limanının rəisi Bəylər Nəcəfov məlumat verib. Bildirib ki, Moskva-Gəncə reysi ilə uçan, göyərtəsində 162 sərnişin olan “Boeing-737-800” təyyarəsinin (bort VQ-GF-743) təcili eniş etdiyi haqda məlumat daxil olub. Məlumata görə, , təyyarənin azərbaycanlı sərnişinlərindən biri sərxoş vəziyyətdə pilot kabinəsinə hücum çəkib və heyət təyyarəni məcburi endirməli olub. Sərxoş sərnişin Həştərxan aeroportunda həbs olunub, təyyarə Gəncəyə uçuşunu davam etdirib. İşi Həştərxan Nəqliyyat Prokurorluğu araşdırır.
Qeyd edək ki, R.Əmiraslanovun xuliqanlığına görə, təyyarə Gəncəyə vaxtından 3 saat gec gəlib.
XS
SM
MD
LG