Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:09

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkilərlə bağlı 2-ci aralıq hesabatını açıqlayıb


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. Hesabat sentyabrın 16-28 arası ölkədəki seçkiqabağı vəziyyət və seçki kampaniyasından bəhs edir.

Sənəddə deyilir ki, seçki kampaniyası ümumilikdə sakit keçsə də, siyasi xadimlərin ailələrinə hədə-qorxu gəlinməsi barədə məlumatlar buna kölgə salıb:

“Hazırda seçki kampaniyasında diqqət konkret siyasi platformalar yox, şəxslər üzərində cəmləşib. Kampaniyada konkret müzakirələr çatışmır.
Qanunvericilikdəki məhdudlaşdırıcı müddəalar Kütləvi İnformasiya Vasitələrində seçki kampaniyasının işıqlandırılmasını məhdudlaşdırır”.
XS
SM
MD
LG