Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Vəkili Pərviz Həşimlinin dizinin sındığını deyir


-
Sentyabrın 30-da vəkil Anar Qasımlı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında «Bizim yol» qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri Pərviz Həşimli ilə görüşüb.

«Turan»a danışan vəkil deyib ki, jurnalistin vəziyyəti normaldır, o, kamerada 24 saat işığın söndürülməməsindən və «Yeni Müsavat», «Azadlıq», «Bizim yol» qəzetlərinin verilməməsindən şikayət edib.

Vəkil həmçinin bildirib ki, Həşimlinin həbsindən sonra onun işi üzrə heç bir istintaq hərəkəti aparılmayıb.

Jurnalist ondan AXCP sədri Əli Kərimliyə qarşı ifadə verməyin tələb edildiyi barədə məlumatı təkzib edib. Sadəcə saxlanılma zamanı ona «silahı təsadüfən Əli Kərimli üçün gətirmir?» kimi təxribatçı suallar verildiyini bildirib.

Anar Qasımlının dediyinə görə, Pərviz Həşimliyə fiziki təzyiq göstərilib – onun dizi sınıb.

Pərviz Həşimli sentyabrın 17-də silah qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

MTN-dən jurnalistin həbsinin onun peşə fəaliyyəti ilə bağlı olmadığını bildirirlər.
XS
SM
MD
LG