Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 11:16
-

Ünlü türk yazarı Elif Şafakın yeni romanının bu ilin dekabrında çap edilməsi gözlənilir.

Bu tarixi romandakı hadisələr Osmanlı tarixinin zirvə dövrü - 16-cı əsrdə cərəyan edir.

Yazıçı, Memar Sinanın ən ünlü cami və körpülərinin tikintisində çalışan Çota adlı fil və onun baxıcısının hekayəsini anladır.

Roman sarayda yaşayanlardan ta ən yoxsul təbəqəyə qədər rəngarəng bir Osmanlı panoraması təqdim edir. Üç dindən olan (müsəlman, xristian və yəhudi) obrazlarıyla birgə.

Topkapı Sarayının bağçasında yaşayan Çota uzun həyatı boyunca üç sultanın hakimiyyət dövrünə, saray və sənət intriqalarına şahid olur.

Elif Şafakın il yarım qabaq çıxan son romanı - "İsgəndər" satış rekordları qırmışdı, hələ mətbəədəykən 165 min nüsxəsi sifariş edilmişdi. Tarixi mövzularda usta olan və "Eşq" kimi bestsellerin müəllifi olan Şafakın yeni romanı həm də ona görə böyük maraq doğura bilər ki, 16-cı əsrdən bəhs edən "Möhtəşəm yüzil" kimi türk serialı nəinki Türkiyədə, onun sərhədlərindən kənarda da çox məşhurdur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG