Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:32

Cəmil Həsənlinin 28 sentyabr seçicilərlə görüş-mitinqi

Sentyabrın 28-də Bakının Yasamal rayonunda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə dəstək mitinqi keçirildi.

15:51 29.9.2013
20:02 28.9.2013
MİTİNQDƏN FOTOLAR

17:34 28.9.2013
Cəmil Həsənli:

«Mənə deyirlər ki, platformanı açıqla. Bunlar bu millətə nə gün ağlayıblar ki, bu millətin bir platforma ilə problemlərini həll etmək olsun. Bu milləti rüşvət verməyə məhkum ediblər. Bu millətdən oğurladığınız bəsdir».

Bu çıxışdan sonra aksiya iştirakçıları «İstefa!», «İlham bəsdir!» şüarları səsləndiriblər.

«Görün bu hakimiyyət biznes mühitini nə günə qoyub. Kimdə nə görürlərsə, onu əllərindən alırlar. Ölkədə mülkiyyət azadlığı yoxdur. Məndən platforma istəyən bacı-qardaşlar. Adamların evini başına uçururlar. Baxın, milyonlar mənimsənilir, vətəndaşlara qəpik-quruş verilər. Biznesmenlərə olmazın zülmünü verirlər. Sahibkarların zavod-fabriklərini əllərindən alırlar.

Mən deyəndə maaşları artıracağam, deyirlər necə? Mən də deyirəm ki, İlham Əliyevin müşavirəsində oturan hansı naziri silkələsən, o nazirin hesabına bu millətin əməkhaqqını artırmaq olar».
17:17 28.9.2013
AXCP sədri Əli Kərimli:

«Neçə illərdir Azərbaycanda hakimiyyəti qəsb etmiş adamlar sizin demokratiyaya hazır olmadığınızı deyir. Neçə illərdir hakimiyyətin 7 televiziyası və məddah mirzələri sizə yalanları, olmazın böhtan və şərini verir».

Davamı

XS
SM
MD
LG