Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:11

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Azərbaycandakı vəziyyət haqda


10 sentyab 2013. Daniel Baer ABŞ-ın ATƏT səfiri vəzifəsinə təyin edilir
10 sentyab 2013. Daniel Baer ABŞ-ın ATƏT səfiri vəzifəsinə təyin edilir
-
ABŞ-ın ATƏT-dəki yeni səfiri Daniel Baer Varşavada keçirilən insan haqları toplantısında iştirak edir. O, AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak-la söhbətindən Azərbaycanla bağlı suallara da cavab verir.

- Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikriniz nədir?

- Zənnimcə, orada (Azərbaycanda) vəziyyət olduqca mürəkkəbdir. Vətəndaş cəmiyyəti ciddi təzyiqlərə məruz qalır, medianın azadlığı sual altına qoyulur. Ölkədəki korrupsiya ilə bağlı ittihamların araşdırılmasına böyük diqqət göstərən heyrətamiz və cəsur jurnalist Xədicə İsmayılova kimi müstəqil jurnalistlərə böyük təzyiqlər olur.

Məncə, Azərbaycan kimi keçid dövrünü yaşayan ölkələrdə demokratiya və tərəqqinin təmin olunması üçün hökumət belə araşdırmalara ancaq tənqid kimi deyil, optimal idarəetmənin həyata keçirilməsi, problemlərin həlli yollarının bir hissəsi kimi baxmalıdır. Hökumətin nəyin düz, nəyin yanlış olduğundan xəbər tutması üçün belə səslərə ehtiyacı var.

- Azərbaycandakı hakim partiya AzadlıqRadiosunun seçkini işıqlandırmasına qadağa qoyulması tələbiylə çıxış edib, buna nə deyərdiz?

- Hələ bu xəbəri görməmişəm. Hələ ki, Varşavadakı işlərlə məşğulam. Ancaq öncə dediyimi təkrarlamaq istərdim: Azərbaycanda seçkinin nəticəsinə etibar edilməsi, şübhə edilməməsi üçün insanların ilk verəcəyi sual o olacaq ki, bu seçkidən öncə azad media mühiti vardımı? Düşünürəm ki, hökumət seçki gününün uğurlu keçdiyini göstərmək istəyəcək. Uğurlu keçdiyini göstərmək üçün bir yol odur ki, mediaya daha çox sərbəstlik versinlər. Əmin olsunlar ki, tərəflərdən ancaq birinin daha çox işıqlandırılması kimi ittihamlar olmayacaq. Seçki günü hər hansı media fəaliyyətinin qadağan olunması və ya kəsilməsi qəbuledilməzdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG