Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:12

İlqar Məmmədovun MSK-ya qarşı şikayəti təmin edilmədi


-
Sentyabrın 27-də Ali Məhkəmə ReAL Hərəkatının sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına qarşı şikayətini təmin etməyib.

ReAL sədri MSK onun prezidentliyə namizədliyini qeydə almadığı və toplanmış imzaları etibarsız saydığı üçün qurumu məhkəməyə vermişdi.

Məhkəmədə çıxış edən MSK üzvü Ramiz İbrahimov bildirib ki, onlar İlqar Məmmədov həbsdə olduğu üçün ona əvvəlcədən fərqli yanaşıblar, namizədliyinin qeydə alınması üçün sənədlərində olan qüsurları aradan qaldırmağa imkan yaradıblar. Onun dediyinə görə, belə niyyətləri olmasaydı, əvvəldən ona şans verməzdilər.

Vəkil Xalid Bağırov Rusiyadakı mütəxəssislərdən arayış aldıqlarını söyləyib. Həmin arayışa görə, bir imzanın saxta olduğunu müəyyənləşdirməkdən ötrü bir gün vaxt lazımdır:

«Amma MSK etibarsız çıxardığı 9 minə yaxın imzanı 10 günə yoxlayıb. Bu yerdə hansı obyektivlikdən danışmaq olar?».

İlqar Məmmədov məhkəmənin qərarının siyasi olduğunu, hakimiyyətin onu seçkilərə buraxmaq istəmədiyini deyib.

ReAL sədri bu ilin yanvarında İsmayıllıdakı etiraz aksiyaları zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG