Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlandı


-

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Qeyd edək ki, E. Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Hadisədən dərhal sonra E. Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. APA-nın məlumatına görə, keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Hazırda fakt üzə araşdırma aparılır.

Qeyd edək ki, A. Niftəliyev mətbuata açıqlamada E. Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG