Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Milli Kitabxana 90 yaşını qeyd etdi


Azərbaycan Milli Kitabxanası
Azərbaycan Milli Kitabxanası
-
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, çıxışçılar bildirib ki, hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir.

Kitabxana fondunda 5 milyondan çox çap məhsulu saxlanılır.

37 min daimi oxucusu olan kitabxananın virtual oxucu sayı isə 500 mindən çoxdur. Gün ərzində bu mədəniyyət ocağının xidmətlərindən 1500-dən çox insan istifadə edir.

1999-cu ildə ölkədə ilk internet zalı Milli Kitabxanada yaradılıb.

Ötən illər ərzində beynəlxalq əlaqələrə üstünlük verən Azərbaycan Milli Kitabxanası beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilib.

2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanıb.

Tədbirdə Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine və Avrasiya Kitabxanalar Assambleyasının prezidenti Aleksandr Vislıy çıxış edərək, Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

M. F. Axundov adına Milli Kitabxana 1923-cü il mayın 15-də açılıb.

1939-cu ildə ona M.F. Axundovun adı verilib.

1961-ci ildən kitabxana Xaqani-29 ünvanında yerləşir.

Kitabxananın binası tarixi abidədir və tanınmış memar Mikayıl Hüseynovun layihəsi ilə tikilib.

2005-ci ildən Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzv qəbul edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG