Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Vəkili həbsdəki jurnalist Pərviz Həşimli ilə görüşdən danışır


Pərviz Həşimli ailəsi ilə.
Pərviz Həşimli ailəsi ilə.
Vəkil Anar Qasımlı sentyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanan jurnalist Pərviz Həşimli ilə görüşüb.

Görüş 2 saata qədər davam edib. Vəkilin AzadlıqRadiosuna dediyinə görə, Pərviz Həşimlinin saxlanma şəraitindən heç bir şikayət etməyib: “Mən ondan dəfələrlə soruşdum ki, hər hansı işgəncə və zorakılıq halı olubmu, o dedi ki, belə bir şey olmayıb. Bildirdi ki, yalnız saxlanada zorakılıq olub, yıxılıb dizi əzilib. Pərviz ondan AXCP sədri Əli Kərimlinin əleyhinə bəyanat verməyin tələb olunması ilə bağlı yayılan məlumatların da əsassız olduğunu dedi. Ona qarşı irəli sürülən ittihamları isə qəbul etmir”.

Sentyabrın 25-də Ombudsman Aparatının əməkdaşları da jurnalistlə görüşüblər.

Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, “Moderator.az” saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir.

O, sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib. Onunla birgə daha bir nəfər - Təvəkkül Qurbanov da saxlanılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Bu ittihamlar sübut olunsa, onlar əmlakları müsadirə olunmaqla, yaxud olunmamaqla 5 ildən 8 ilə qədər müddətə məhrum edilə bilərlər.

Pərviz Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir. Pərviz Həşimli “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG