Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:06

İsmayıllıda asfalt örtüyü yenidən sökülür


Arxiv foto
Arxiv foto
-
Avqustun 14-ü prezident İlham Əliyevin İsmayıllıya səfəri öncəsi şəhərin mərkəzindəki Mübariz Orucov küçəsi əsaslı təmir olunsa da yenidən qazılmağa başlanıb. Görəsən həmin küçənin təmirinin cəmi 1 ay çəkməsinə səbəb nədir?

“DÖVLƏTİN VƏSAİTİNİ MƏSULİYYƏTSİZCƏSİNƏ SAĞA, SOLA XƏRCLƏYİRLƏR”

Rayon ağsaqqalar birliyinin sədri Heybət Balayev qeyd edir ki,bu iş növbəti məmur özbaşnalığının təzahürüdür:

“Necə olur ki,bunlar yolları təmir edib qurtardıqdan sonra yadlarına düşür ki,kanalizasiya,telefon,su və sair xəttləri çəkməyiblər. Yenidən rayon rəhbərliyinə sərəncam imzalatdırıb başlayırlar yolları qazmağa. Bu absurddur. Yalnız məmurların şəxsi mənafelərinə xidmət edir.Bəyəm ölkədə belə işlərə, büdcə xərcləmələrinə nəzarət edən bir qurum yoxdur? Niyə dövlətin, xalqın maliyyə vəsaitləri məsuliyyətsiz məmurların ucbatından izafi xərclənir? Niyə belə məmurlar qanun qarşısında cəzalandırılmır? Nəhayətdə bütün bunlara bir cavab verən olacaqmı?”

“PREZİDENT RAYONA SƏFƏRƏ GƏLƏNDƏ BU İŞLƏRİ ÇATDIRA BİLMƏDİK”

İsmayıllı şəhər icra nümayəndəliyinin sədri Məhərrəm Əhmədov isə tənqidlərə belə cavab verir:

“Prezident rayona səfərə gələndə bu işləri çatdıra bilmədik. Qərar verdik ki, tez asfalt örtüyü çəkək və sonra işləri həyata keçirərik. Gördüyünüz kimi həmin dönəmdə yarımçıq qalmış kanalizasiya xəttləri yenidən qazılaraq yaşayış massivlərinə gedən xətlərə qoşulur. Əslində bütün görülən bu işlərin dövlət vəsaitlərinə heç bir aidiyyatı yoxdur. İşləri tenderdə qalib gəlmiş Türk şirkəti həyata keçirir. Müvəqqəti çətinlikdir, dözmək lazımdır. Özümüz işlərin görülməsinə və tez yekunlaşmasına nəzarət edirik. Yaxın günlərdə işlər yekunlaşacaq və hər şey qaydasına düşəcək.”
XS
SM
MD
LG