Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:36
-
Sentyabrın 24-də “Kukla” art qalereyasında kuklaçı-rəssam Elmira Abbaslının “Sultanın istəklisi” adlı əl işinin təqdimatı olub.

Elmira Abbaslı bu incəsənət növündə 1983-cü ildən çalışan istedadlı rəssamdır.

Təqdimat mərasimində çıxış edən Elmira Abbaslı “Sultanın istəklisi” adlanan əl işini hazırlamaq ideyasının üç il bundan əvvəl yarandığını və bir ilə ərsəyə gəldiyini bildirib.

Elmira Abbaslı incəsənətdə kukla sənətinin qədim zamandan mövcud olduğunu diqqətə çatdıraraq bildirib ki, saray mövzusuna, Şərq üslubuna həmişə maraq göstərib.

Bundan əvvəl “Şah” və “Şəhrizad” işlərini hazırlayıb və “Sultanın istəklisi” əsəri bir növ onların davamıdır.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərgidə bu əsərlə yanaşı, mücrü və güzgülər də yer alıb.

Sərgi noyabrın 1-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG