Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:11

ABŞ və İran liderlərinin görüşü gözlənilir


Barack Obama və Hassan Rohani
Barack Obama və Hassan Rohani
ABŞ-la İran arasında yüksək səviyyədə görüş gözlənilir.Böyük Britaniya, Fransa,Almaniya Çin və Rusiya xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşünə İranın xarici işlər naziri Javad Zarif və ABŞ Dövlət katibi John Kerry də qoşulacaq.Bu görüşdə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunacaq .

Ağ ev həmçinin BMT-nin baş assambleyasının sesiyası çərçivəsində ABŞ və İran prezidentlərinin görüşünü istisna eləmir.

Javad Zarif bazar ertəsi Nyu-Yorkda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton və Britaniyanın xarici işlər naziri William Hague ilə görüşüb.
Hague jurnalistlərə bildirib ki, əgər İran konkret addımlar atsa qərblə münasibətləri normallaşdıra bilər.


Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT nüvə proqramına görə İrana qarşı 4 sanksiya tətbiq edib. Həmçinin ABŞ və onun müttəfiqləri Tehrana qarşı ayrıca sanksiyalar tətbiq ediblər.
XS
SM
MD
LG