Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:59

İsmayıllının kəndlərində işıqların sönməsi texniki, yoxsa siyasi məsələdir?


Arxiv foto
Arxiv foto
-
İsmayıllıda prezidentliyə namizədlərin televiziya çıxışları başlayanda rayonun bəzi kəndlərində işıqların söndüyü deyilir.

İsmayıllı şəhərindən və bəzi kəndlərdən sakinlər zəng edib, qeyd edirlər ki, seçki marafonu başlayandan namizədlərin televiziya çıxışlarına baxa bilmirlər.

«BELƏ SEÇKİ OLMAZ...»

İsmayıllı rayonu Hacıhətəmli kəndindən Səməd İsmayıllı qeyd edir ki, artıq neçənci dəfədi ki, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin çıxışının sonunda işıqlar söndürülür:

«Dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişik, heç bir nəticəsi yoxdur, əksinə bu vəziyyət yenə davam edir. Bizlər hər birimiz çöldən, işdən tez çıxıb evə gəlirik ki, qulaq asaq, görək namizədlər nə deyir, ancaq imkan vermirlər. Hakimiyyət Cəmil Həsənliyə qarşı açıq şəkildə hücumda olduğunu belə işlərilə ortaya qoyur. Bizim gəldiyimiz nəticə budur ki, hökumət əhalinin müxalif fikir eşitməsinin əleyhinədir və bu üzdən belə cılız oyunlara gedirlər. Ölkədə monitorinq aparan beynəlxalq təşkilatlar hara baxır, belə seçki olar? Adını da demokratik seçki qoyublar. Əvvəllər belə hal olmayıb, məhz seçki marafonu başlayan kimi bu başladı? Baxın radioda danışan günlərində söndürmürlər, ancaq televiziya debatları zamanı söndürürlər».

Hacıhətəmli kəndindinin digər sakini İsmayıl İsmayılov da prezidentliyə namizədlərin televiziya debatına baxa bilmədiklərindən şikayətlənir:

«NÖVBƏ CƏMİL HƏSƏNLİYƏ ÇATAN KİMİ İŞIQLAR SÖNDÜRÜLÜR»


İsmayıllı
İsmayıllı
«Növbə Cəmil Həsənliyə çatan kimi işıqlar söndürülür. Belə addım atanlar bilsinlər ki, bu camaatda hakimiyyətə və onun namizədinə qarşı nifrət yaradır. Deməli Cəmil Həsənli düz danışır deyə bu hakimiyyət qorxudan işıqları söndürür».

Yerli sakinlərdən Hacı Azayev isə bildirir ki, onsuzda televiziya kanallarında bir qəlb oxşayan, ölkənin real problemlərini əks etdirən bir şey göstərmirlər:

«İndi-indi seçki ilə əlaqədar məcburiyyət qarşısında qalıb namizədlər üçün çox qısa bir vaxt ayırıblar, ona da işıqları söndürməklə imkan vermirlər baxıb dinləyəsən. Mübarizəni kişi kimi aparmaq lazımdır, belə yox».

«KÜLƏYİN NƏTİCƏSİNDƏ XƏTLƏR BİR-BİRİNƏ DƏYİR VƏ...»

Bu narazılıqlara münasibət öyrənmək üçün İsmayıllı işıq idarəsinə zəng etdik. Növbətçi Nuru Qubadov bildirdi ki, işıqların sönməsi texniki problemdir.

«Belə hallar tez-tez baş verir. Həmin kəndlərə gedən işıq xəttləri istismar müddətini keçmiş olduğu üçün bir balaca küləkli hava və yaxud yağış olan kimi işıqlar sönür. Hal-hazırda həmin ərazdə küləyli hava şəraitidir. Ona görə də sönüb. Küləyin nəticəsində xəttlər bir- birinə dəyir və stansiyadan atır. Biz də gözləyiri ki, hava şəraiti düzəlsin sonra yenidən yandıraq».

Nuru Qubadov qeyd edir ki, işıqların sönməsinin seçki ilə əlaqəsi yoxdur.
XS
SM
MD
LG